“Əfşangülü” hələ XVI əsrdə xalçaçı rəssamlar tərəfindən hazırlanmış “Şahabbasi” və “Əfşan” kompozisiyalarında geniş istifadə olunan ornamentlərdən biri olub. Bu xalçaların təsirilə Qarabağda, xüsusilə də XIX əsrdən başlayaraq Şuşada fəaliyyət göstərmiş yüksək ixtisaslı xalçaçılar sözügedən kompozisiyada nəbati naxışların formalarını dəyişmiş, əyrixətli elementləri böyüdərək daha da təkmilləşdirərək “Qoca” adlı yeni xalça kompozisiyası yaratmışlar. “Qoca” xalçaları mürəkkəb kompozisiyaya malikdir və Əfşangülü bu xalçaların ara sahəsində istifadə edilən əsas ornamentlərindən biridir.
Əfşəngülü
450,00 ₼Price

