Əjdaha obrazı rəmzi xarakterli olub, dekorativ-tətbiqi sənət nümunələrində, o cümlədən Azərbaycan xalçaçılığında xüsusi yer tutur. Bu obraz real təsvirlə yanaşı, stilizə edilərək “S” formasında da verilir. Azərbaycan incəsənətində əjdahanın ilk təsviri e.ə. I minilliyə aid edilən və Ziviyyədə (Cənubi Azərbaycan) aşkar edilmiş qızıl camın üzərində verilmişdir. İnanclara və müxtəlif təsvir formalarına müvafiq olaraq əjdaha obrazları öz rəmzi mənalarını da dəyişir. Belə ki, qədim zamanlardan müharibə mələyinin, müdrikliyin simvolu olan əjdaha həm də var-dövlətin, xəzinənin qoruyucusu obrazında da təsvir olunur. Həmçinin bu təsvir bəzən bulud və ildırımla eyniləşdirilib. Əjdaha obrazı eyni zamanda suyun qoruyucusu kimi də simvolizə edilir.
Əjdaha
450,00 ₼Price

