top of page

 Böyük İpək Yolu Avropa ilə Asiyanı birləşdirən, minlərlə kilometrlik əraziləri bir-birilə əlaqələndirən ticarət marşrutudur. Böyük İpək Yolu vasitəsilə Şərqdən Qərbə və əksinə hərəkət edən ticarət karvanları keçdiyi ərazilərdə yaşayan xalqlar arasında ticarətin, sənətkarlığın, elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynamışdır. Bu yolda "səhranın gəmiləri" adlandırılan dəvə karvanları əsas daşıyıcı nəqliyyat vasitəsi olmuşdur. Dəvə karvanları vasitəsilə tacirlər Şərqdən Mərkəzi Avropa ölkələrinə - ipək, ədviyyat, qızıl, gümüş, brilliant, mirvari və s.; Avropadan Şərq ölkələrinə isə qalay, sink, civə, mahud parça və s. daşıyırdılar. Böyük İpək Yolu Azərbaycan ərazisindən keçdiyinə görə ölkəmizdə də bir çox sahələrin, o cümlədən ipəkçiliyin inkişafına xüsusi təkan vermişdir. Böyük şəhərlərdə karvanların dayanması və fasilə verməsi üçün karvansaralar tikilib istifadəyə verilmişdir. Təsviri və dekorativ-tətbiqi sənət növlərində dəvə təsvirləri geniş istifadə edilir. Dəvə müxtəlif dinlərdə və mədəniyyətlərdə səbri, dözümlülüyü, təmkini, zənginliyi simvolizə edir.

Böyük İpək yolu

450,00 ₼Price
Quantity

    Mağaza

    Məhsullar

    Tarix

    Haqqımızda
    Bizimlə Əlaqə

     

    Bizimlə Əlaqə

    Bakı, Azərbaycan

    Telefon: +994502402500

    E-poçt: info@misheritage.com

    • Instagram

    Müştəri Dəstəyi

    © 2025. MiSHERITAGE

    bottom of page