Mis qab üzərində qədim Azərbaycan tayfalarının ritual rəqsi sayılan “Yallı” rəqsinin təsviri verilmişdir. “Yallı” özündə qəhrəmanlıq motivləri ilə yanaşı qədim tayfaların əhvali-ruhiyyəsini, güc və birliyini əks etdirir.
“Yallı” rəqsinin ən qədim nümunələrinə Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində, o cümlədən bir çox dekorativ-tətbiqi sənət nümunələrində və xalça kompozisiyalarında rast gəlinir. “Yallı” rəqsinin mis qablar üzərində verilməsində məqsəd gənc nəslə həm ənənəvi sənətkarlıq növü olan misgərliyin, həm də əsrlərlə yaşı olan milli rəqsimizi daha müasir formada təqdim etməkdir.
Yallı
450,00 ₼Price

